Dünya

Rusiya elit qüvvələrinin böyük hissəsini itirib – “Bu, Moskvanın digər ölkələrdə də təsirini azaldacaq”

Rusiya elit qüvvələrinin böyük hissəsini itirib – “Bu, Moskvanın digər ölkələrdə də təsirini azaldacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin internetə sızdırılan məxfi sənədlərində qeyd olunub ki, Ukraynadakı müharibə nəticəsində Rusiyanın xüsusi təyinatlı qüvvələrinin böyük hissəsi zərər görüb. Bu itkiləri bərpa etmək üçün Moskvaya illərlə vaxt lazım olacaq.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The Washington Post” nəşrinin əldə etdiyi məxfi sənədə əsasən, 2022-ci ilin yayında Ukraynadakı döyüş əməliyyatlarından qayıdan Rusiyanın beş müxtəlif xüsusi təyinatlı briqadasından biri istisna olmaqla, digər dördü böyük itkilər verib. Rusiyanın təkcə 22-ci xüsusi təyinatlı briqadasının şəxsi heyətinin 90-95 faizinn sıradan çıxdığı bildirilir.

Sənəddə qeyd olunur ki, bu itkiləri bərpa etmək üçün Rusiyaya on il vaxt lazımdır.

Sənədlərdə Ukraynada nə qədər xüsusi təyinatlı hərbçinin öldürüldüyü və ya yaralandığı barədə məlumat verilmir. Lakin qiymətləndirmələrə görə, təkcə Rusiyanın 346-cı bölməsinin 900 nəfərlik heyətindən geriyə 125 nəfər hərbçi qalıb.

Müşahidəçilərin fikrincə, Rusiyanın elit bölmələrinin sürətlə tükənməsi müharibənin dinamikasını dəyişib, Moskvanın adi döyüş əməliyyatlarını dəstəkləmək üçün gizli taktikalardan istifadə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

ABŞ rəsmiləri hesab edir ki, bu bölmələrin verdiyi itkilər Moskvanın təkcə Ukraynada deyil, həm də rus qüvələrinin fəaliyyət göstərdiyi dünyanın digər yerlərində təsirini azaldacaq.