Dünya

Rusiya Hitlerin məşhur taktikasını tətbiq edir – Polkovnik

Rusiya Hitlerin məşhur taktikasını tətbiq edir – Polkovnikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanın şərqində tətbiq etdiyi taktika faşist Almaniyası zamanı hitlerçilərin özlərini aparmasına bənzəyir.

7times.az xəbər verir ki, bunu ukraynalı polkovnik Pyotr Nedzelski deyib.

“Xatırlayın, Hitler Polşaya necə hücum etmişdi. Abver zabitləri (alman kəşfiyyat orqanı) Polşa ordusunun formasını geyinərək sərhəd zastavasındakı alman hərbçilərinə hücum etmişdi. Onda Hitler bütün dünyaya səs saldı ki, Polşa onlara hücum edib. Bu da Almaniyanın Polşaya hücumu üçün bəhanə oldu”, – polkovnik bildirib.

Onun sözlərinə görə, Kiyev haqlı olaraq dünya ictimaiyyətinin diqqətini Donbasda baş verənlərə yönəldir:

“Dünya Ukraynaya Kremlin yaxın gələcəkdə ola biləcək təxribatlarının qarşısını almaq üçün kömək etməlidir”. (Axar.az)