Dünya

Rusiya nüvə silahından istifadə etməklə yeni hücum hazırlayır – General açıqladı

Rusiya nüvə silahından istifadə etməklə yeni hücum hazırlayır – General açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin nəşr etdiyi “Military Thought” (Hərbi düşüncə) jurnalında Strateji Raket Qoşunları (RVSN) komandanının birinci müavini, general-leytenant İqor Fazletdinovun məqaləsi dərc olunub. General yazıb ki, Rusiyanın nüvə silahından istifadə etməklə yeni növ hərbi əməliyyatları hazırlanır. Məqalənin həmmüəllifi ehtiyatda olan polkovnik Vladimir Lumpovdur.

Məqalədə “ABŞ-ın dünyada lider mövqeyini itirdiyi” iddia edilir və bunun əsas səbəbkarı Rusiya hesab edilir. Müəlliflərinin fikrincə, ABŞ Rusiyanı strateji çoxsahəli əməliyyat şəklində məğlub etməyi planlaşdırır. ABŞ Rusiyanın çəkindirici nüvə potensialını məhv etməyi özünün son məqsədi kimi görür. Məqalədə həmçinin bildirilir ki, Amerikanın hərbi siyasətinin əsas məqsədi Rusiya ərazisini, xammalını, istehsalını və insan resurslarını qoruyub saxlamaqla, ipə-sapa yatmayan rejimini hərbi-siyasi və ya fiziki yolla aradan qaldırmaqdır.

Məqalə müəlliflərinin fikrincə, Pentaqonun təcavüzkar planlarını həyata keçirmək cəhdlərinə qarşı mübarizənin əsas vasitəsi və aləti Rusiya Silahlı Qüvvələrinin strateji çəkindirmə qüvvələrindən istifadəsinin perspektivli formasıdır. Bu qüvvələr Rusiya hərbi mütəxəssisləri tərəfindən fəal şəkildə inkişaf etdirilir.

Müəlliflər yazır ki, belə bir əməliyyat zamanı Rusiya ballistik raketlərinin havada məhv edilməsi ehtimalını azaltmaq üçün Amerikanın qlobal raketdən müdafiə sistemini təzyiq alıtnda saxlamalıdır. Məqalə müəllifləri əməliyyatın son mərhələsini Rusiyanın qalan nüvə potensialının köməyi ilə ABŞ-a “ölçüyəgəlməz zərərin” vurulması adlandırırlar.

Məqalədə belə bir əməliyyatın hazırkı nüvə doktrinasında nəzərdə tutulan nüvə silahının istifadəsi ilə aparılan əməliyyatlardan nə ilə fərqləndiyi aydınlaşdırılmayıb.

Ötən həftə Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın ABŞ ilə strateji hücum silahlarının azaldılmasına dair müqavilədə iştirakını dayandırmaq qərarını açıqlayıb. Rusiya Prezidenti qərarını belə əsaslandırıb ki, “Qərb elitaları Rusiyanı strateji məğlubiyyətə uğratmaq, onun varlığına birdəfəlik son qoymaq məqsədini gizlətmirlər”. Fevralın 22-də qanun layihəsi Dövlət Duması tərəfindən yekdilliklə qəbul edilib və Federasiya Şurası tərəfindən bəyənilib, fevralın 28-də isə Rusiya Prezidenti qanunu imzalayıb.

Müqavilə yerləşdirilən nüvə başlıqlarının maksimum sayını, onların daşıyıcılarının sayını məhdudlaşdırır, ölkələrə öz ərazilərindən kənarda strateji nüvə silahı yerləşdirməyi qadağan edir. Onları nüvə raketlərini kəşfiyyat avadanlıqlarından gizlətməməyi və bir-birinin müfəttişlərinin nüvə silahı olan bazalara çıxışını təmin etməyi öhdəsinə götürür.

Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin genişlənməsinə görə Qərb dövlətlərini, xüsusən də ABŞ-ı günahlandırır. Bəzi Rusiya nümayəndələrinin ağzından dəfələrlə nüvə silahından istifadə ilə bağlı dolayı hədələr səslənib. Vladimir Putin Rusiyanın nüvə doktrinasından danışaraq, qabaqlayıcı zərbənin mümkünlüyünü tamamilə istisna etməkdən imtina edib.

“Hərbi düşüncə” jurnalı Rusiya Müdafiə Nazirliyinin əsas hərbi-nəzəri nəşridir. Onun redaksiya heyətinə idarənin yüksək rəhbərliyi və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı daxildir.

“AzPolitika.info”