Ölkə

Rusiya ordusu Xocalıda “qələbə” paradı keçirdi…-VİDEO

Rusiya ordusu Xocalıda “qələbə” paradı keçirdi…-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının ermənilərin məskunlaşdığı ərazilərində müvəqqəti(!) yerləşdirilmiş Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin komandanlığı dünən – mayın 9-da faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr edilmiş parad təşkil edib.
7Times.az xəbər verir ki, bu haqda məlumat və video-görüntü bəhs edilən hərbi kontingentin teleqram-kanalında yayılıb.
Məlumata görə, parad Rusiya hərbi kontingentinin əsas bazasının qurulduğu, hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının Xocalı rayonu ərazisində yerləşən hava limanında keçirilib.
Görüntülərdən SSRİ xalq artisti, milliyyətcə ukrayın olan Lev Leşşenkonun ifasındakı rusca “Qələbə” mahnısının sədaları altında yüzlərlə Rusiya hərbçisinin nizamla hərəkət etdiyi görünür.