“Sülhməramlıların işi Azərbaycana qarşı pozuculuq fəaliyyətindən ibarətdir. Qarabağ müharibəsindən dərhal sonra İranın yük maşınları sülhməramlıların nəzarət etdiyi ərazilərə gedirdi. Ermənistan nömrə nişanını vuraraq bunu gizlətməyə çalışırdılar. Düşünürəm ki, hazırki vəziyyətdə təxribat hallarının keçirilməsinə səbəb, İranın bütün dairələrində Azərbaycan qarşı hücumun nəticəsidir”.
Bunu “7Times.az”a açıqlamasında politoloq Məhəmməd Əsədulluzadə deyib. Politoloq sülhməramlıların fəaliyyətini qaunsuz hesab edir:
“Ümumiyyətlə, onların ləğv edilməsi istiqamətində Azərbaycan üç ildən sonra qərar qəbul edəcək. Digər tərəfdən isə Azərbaycan qanunsuzluqların qarşısını almaq üçün hərbi əməliyyatlar keçirməlidir. Seperatçı erməni birləşmələri sülhməramlılar tərəfindən silahlanıdılır. Burda İranda xüsusi rol oynayır. Bu danılmaz faktdır. Düşünürəm ki, Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Xüsusilə Türkiyə ilə birgə hərəkət etməlidir. Çünki, Rusiya Türkiyə faktorundan ciddi şəkildə çəkinir. Rusiya regionda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir”.
Follow @7timesaz