Ölkə

Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycan vasitəsilə Ermənistana göndərilir

Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycan vasitəsilə Ermənistana göndərilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun – iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.