Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığındakı ərazilərdən 660 uşaq daxil olmaqla 1679 nəfər təxliyə edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin rəhbəri vəzifəsinə təyin olunan Yevgeni Balitski “Telegram” hesabından paylaşım edib.
“Təxliyə edilənlər artıq Berdyanskda yaradılan müvəqqəti yaşayış məntəqələrinə yerləşdiriliblər. Öncəliklə müharibənin ilk aylarında Rusiya vətəndaşlığını qəbul edən şəxslər evakuasiya edilirlər”, – deyə Balitski bildirib.
Qeyd edək ki, Moskvanın bu qərarından sonra beynəlxalq qurumlar Zaporojye AES-dəki vəziyyətin təhlükəli hal aldığını və nüvə sızması təhlükəsinin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi evakuasiyaların davam etdiyi bir vaxtda Avropanın ən böyük nüvə stansiyasının təhlükəsiz istismarını təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Qrossi agentliyin saytında bildirib ki, “Zaporojye AES-in yaxınlığındakı ərazilərdə ümumi vəziyyət getdikcə daha da təhlükəli hal amağa başlayıb”.
“Mən zavodun üzləşdiyi real nüvə təhlükəsi ilə bağlı çox narahatam. Biz mümkün nüvə qəzasının insanlar və ətraf mühit üçün yaradacağı təhlükənin qarşısını almalıyıq”,-deyə Qrossi bildirib.
Xatırldaq ki, Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynada başlatdığı işğaldan bir neçə gün sonra Rusiya qüvvələri Zaporojye AES-i ələ keçirib.
Follow @7timesaz