Rusiyanın Murmansk bölgəsində bir qrup turist qar uçqununun altında qalıb.
7times.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Uçqun altında qalanlar arasında 13 azyaşlının olduğu bildirilib.
Hadisə Xibin dağ massivindəki İmandra stansiyasının ərazisində baş verib. İnsident yerinə müstəntiq və kriminalistlər cəlb olunub. İstintaq Komitəsi xidmətlərin göstərilməsi və uşaqların iştirakı ilə keçirilən fəaliyyətlərə dair mümkün pozuntuları araşdırmağa başlayıb.
Eyni zamanda bir mənbədən “RİA Novosti”yə verilən məlumata görə, qrupda ümumilikdə 16 iştirakçı olub. Agentliyin həmsöhbəti turistlər arasında yetkinlik yaşına çatmayanların olduğunu da təsdiqləyib. Onların sayları dəqiqləşdirilir. qafqazinfo
Follow @7timesaz