Sovet və Rusiya aktrisası, RSFSR-in Xalq artisti Zinaida Kiriyenko 89 yaşında vəfat edib.
Bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının sədr müavini Klim Lavrentyev bildirib:
“Bəli, o, bu gecə öldü”.
Daha əvvəl sənətçinin oğlu Maksim onun COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Zinaida Kiriyenko daha çox Sergey Gerasimovun (1957) “Sakit Don” filmindəki Natalya rolu ilə məşhurlaşıb.
Follow @7timesaz