Aktual

Rusiyanın işğalçı ordusu komplektləşdirmə problemi ilə üzləşib…

Rusiyanın işğalçı ordusu komplektləşdirmə problemi ilə üzləşib…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Suriyada öz hərbçilərinin rotasiya vaxtını dəyişib

Ukraynaya genişmiqyaslı hərbi müdaxilə Rusiyanın Suriyada hərbi qulluqçularının rotasiya üzrə planlarını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat verib.
“Ukrayna ərazisində döyüş əməliyyatlarının aparılması səbəbindən Şərqi Hərbi Dairəsinin 68- ci ümumqoşun bölmələrinin Suriya Ərəb Respublikasında rotasiyasının vaxtı dəyişdirilib”, – məlumatda belə deyilir.
Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya işğalçıları öz ordusunun komplektləşdirilməsi problemini həll etməyə cəhd edir.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi hərbi dairəsinin hərbi komissarlıqları ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxsləri üç aydan bir ilədək qısamüddətli müqavilələr bağlanması üçün təşviqat işi aparır”,- Ukrayna Silahlı Qüvvələri Baş Qərargahında qeyd edilib.
Onlar həmçinin işğalçıların Donetsk istiqamətində fəaliyyətdə olan 1- ci ordu bölmələrinin mənəvi- psixoloji durumunun aşağı olduğu vurğulayıb.
“Bu, səfərbərlik əsasında komplektləşdirilən hərbi bölmələrin böyük itkilərə məruz qalması ilə əlaqədardır”, – Baş Qərargahda izah edilib.