Dünya

“Rusiyanın Krıma maddi-texniki təminatı çətinləşib, gələcəkdə müsbət xəbərlər olacaq” – Ukrayna kəşfiyyatı

“Rusiyanın Krıma maddi-texniki təminatı çətinləşib, gələcəkdə müsbət xəbərlər olacaq” – Ukrayna kəşfiyyatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Krıma maddi-texniki təminatı çətinləşib. Gələcəkdə yarımada ilə bağlı daha müsbət xəbərlər eşidəcəyik”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində deyib.

Onun sözlərinə görə, Çonqar körpüsünün vurulmasından sonra qarşı tərəfin işi daha da çətinləşib: “Logistikada problemlər meydana çıxıb. Son hadisələr Rusiyanın Krımdakı hərbi obyektlərə nəzarət edə bilmədiyini göstərdi”.

A.Yusov bildirib ki, artıq Krımdakı ruslar özlərini təhlükəsiz yerdə olmadıqlarını başa düşürlər.

Xatırladaq ki, Ukrayna ordusu bu il iyulun 29-da Çonqar körpüsünü vurub.

Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, Krım azad olunandan və Ukraynanın ərazi bütövlüyü təmin olunandan sonra müharibə başa çata bilər.