Dünya

Rusiyanın Ukraynadakı itkiləri 300 min nəfərə çatıb – Baş Qərargah (FOTO)

Rusiyanın Ukraynadakı itkiləri 300 min nəfərə çatıb – Baş Qərargah (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna qoşunları Rusiyanın 860 hərbçisini məhv ediblər. 

“AzPolitika.info” “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün Rusiyanın 17 zirehli döyüş maşını, 15 tank və 14 artilleriya sistemi məhv edilib.

Müharibə başladığı gündən bəri, Rusiyanın 299 min 940 hərbçisi, 5200-ə yaxın tank və 10 minə yaxın zirehli döyüş maşını itirdiyi bildirilir.

Həmçinin, Rusiya ordusuna aid 834 MLRS, 7202 artilleriya sistemi, 321 təyyarə, 324 helikopter, 559 HHM sistemi, 1 sualtı qayıq, 20 gəminin də Ukrayna müdafiəçiləri tərəfindən məhv edildiyi qeyd olunur.