Xerson vilayətinin Çernobaevka yaşayış məntəqəsində ukraynalı hərbçilər rus işğalçılarını bir neçə dəfə ağır məğlubiyyətə və itkiyə məruz qoyub. Rus ordusu Çernobaevkada növbəti belə bir ağır itki ilə bazar günü qarşılaşıb.
“7Times.az” unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatı rəhbərinin müşaviri Aleksiy Arestoviç öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, düşmən Çernobaevkada 22-ci dəfə məğlub olub.
“Silah-sursat anbarında partlayış olub və partlayış ən azı bir saat davam edib”, – Aretoviç yazıb.
Çernobaevkadakı hərbi aerodrom rus qoşunları tərəfindən komanda məntəqəsi və təyyarələrin və helikopterlərin toplanma yeri kimi istifadə olunur.
Çernobaevkada rus ordusunun yüksək rütbəli zabitləri, o cümlədən 8-ci ordunun rus komandanı, general-leytenant Andrey Mordviçev məhv edilib.