Ölkə

Sabah saat 00:00-dan… – Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Sabah saat 00:00-dan… – Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 00:00-dan 07:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

7times.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

 

“Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.