Manşet

Safaryan: “Azərbaycanla sülh danışıqlarına Rusiya vasitəçilik etməlidir” – “Sərhədlər 1921-ci ilin sovet xəritələrinə əsasən təyin edilməlidir”

Safaryan: “Azərbaycanla sülh danışıqlarına Rusiya vasitəçilik etməlidir” – “Sərhədlər 1921-ci ilin sovet xəritələrinə əsasən təyin edilməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

7times

Ermənistanla Azərbaycan arasında delimitasiya 1921-1924-cü illərin sovet sərhədləri əsasında aparılmalıdır.
Safaryanın sözlərinə görə, sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar Rusiya Federasiyasının vasitəçiliyi ilə aparmaq üstünlük təşkil edir.

7times “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Aram Safaryan söyləyib.

“Tərəflər Soçi bəyannaməsi çərçivəsində güc tətbiq etməməyi öhdəsinə götürdülər, bu sabitlik qurmaq cəhdlərinə vacib töhfədir. Bəyannamə sübut edir ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların alternativi yoxdur və bir sıra səbəblərə görə Moskva digər güc mərkəzləri ilə müqayisədə üstünlük təşkil edir “, – deyə Safaryan bildirib.

Onun sözlərinə görə, 1921-1924-cü illərdə SSRİ sovet respublikaları arasında inzibati sərhədlər müəyyən edilmişdir. Bu sərhədlər əsasında 1991-ci ildə postsovet respublikaları BMT və MDB üzvləri olmuşdur.

Buna görə də Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiyanın əsasında sovet hakimiyyətinin ilk illərində əldə edilmiş prinsipial razılaşmalar olmalıdır.
O əlavə edib ki, Rusiyanın tərəflərə təsiri digər güc mərkəzlərindən daha güclüdür. Bu o deməkdir ki, Moskvanın vasitəçiliyi ilə razılığa gəlmək daha realdır. Eyni zamanda, Səfəryan əlavə edib ki, Qərbin gördüyü vasitəçilik səylərindən də istifadə etmək lazımdır.