Ölkə

Şagirddən çılpaq şəkil istəyən direktor işdən çıxarıldı

Şagirddən çılpaq şəkil istəyən direktor işdən çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunun Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyev rəhbərlik etdiyi məktəbdə şagirdə qarşı seksual qısnama və təhdiddə ittiham olunur.

7Times.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Meydan TV-yə şagirdlərdən birinin babası məlumat verib.

Direktorun həmin məktəbdəki müəllimlərdən birinin nəvəsindən seksual xarakterli fotolar istədiyi, ona öldürəcəyi ilə hədə-qorxu gəldiyi iddia edilir. Məlumata görə, direktorla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Kənd sakinləri belə bir şəxsin növbəti dərs ilindən məktəbə rəhbərlik etməsini istəmirlər.

Problemlə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, o artıq tutduğu vəzifədən azad olunub: “İmişli rayonu Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş Baxşəliyev Elşən Baxşəli oğlu elm və təhsil nazirinə səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunması barədə müvafiq ərizə ünvanlayıb. Ərizəsi nəzərə alınaraq Baxşəliyev Elşən Baxşəli oğlunun əmək müqaviləsinə Elm və Təhsil Nazirliyinin  08.09.2023-cü il tarixli,  3-29/3-1-1097K/2023-nömrəli əmrinə əsasən 08 sentyabr 2023-cü il tarixindən xitam verilib və onunla təhvil-təslim işləri aparılıb”.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov isə faktla bağlı cinayət işinin başlanıldığını bildirib. Hazırda Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən məktəb direktoru ilə bağlı bundan əvvəl də kənd sakinləri şikayət etmişdilər. O, qanunsuz əməllər törətməkdə, rüşvət almaqda və müəllim adına yaraşmayan hərəkətlər etməkdə ittiham olunurdu.