Qarabağ

Salatınkənddən olan ermənilər: “Belə davam edərsə, buranı tərk edəcəyik” – FOTO

Salatınkənddən olan ermənilər: “Belə davam edərsə, buranı tərk edəcəyik” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “CivilNet” onlayn telekanalının reportyorları, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan Azərbaycanın Şuşa rayonunun Salatınkənd kəndindən reportaj hazırlayıblar.

Caliber.Az tərəfindən erməni dilindən ruscaya tərcümə edilən videoda kəndlilər rus sülhməramlı kontingentindən, mövcud vəziyyətlə bağlı narahatlıqları və evlərini tərk etmək planlarından danışıblar.

Onların sözlərinə görə, rus sülhməramlıları kəndin yaxınlığında xidməti növbətçiliyi yerinə yetirməli idilər, lakin fakt ondan ibarətdir ki, onlar orada yoxdurlar.

“Baxın, postlarda rus sülhməramlıları yoxdur. Postlar boşdur. Əgər belə davam edərsə, aydın məsələdir ki, biz buradan gedəcəyik”, – deyə yerli sakinlərdən olan bir kişi jurnalistlərə bildirib.

Onun sözlərini həmkəndlisi də dəstəkləyib

“Bizim yeganə ümidimiz Tanrıyadır. Ümid edirik ki, hər şey yaxşı olacaq. Lakin erməni qoşunları gediblər. Buna görə də biz rahat ola bilmərik”, – deyə eyni kənddə yaşayan qadın vurğulayıb.

Başqa bir kənd sakini İrəvandan gələn jurnalistlərə bildirib ki, rus sülhməramlıları öhdəliklərini yerinə yetirmirlər.

“Onlar kəndin yaxınlığındakı postda olmalıdırlar, amma onlar orada deyillər. Bayraqlarını beş dəqiqəlik oraya gətirdilər və dərhal postu tərk etdilər”, – deyə digər kənd sakini söyləyib.

Jurnalistlərlə həmsöhbət olan digər bir sakininin sözlərinə görə, kənddə cəmi 140 nəfər yaşayır və onların hamısı kəndi tərk etməyə kökləniblər.

O bildirib ki, insanlar arasında çaxnaşma hökm sürürdü. Hətta bir ara məlumat yayıldı ki, sakinlər kəndi tərk etməlidirlər, amma sonra planlar dəyişdi.

“Beləcə də yaşayırıq, sülhməramlılar varmış kimidir, amma fakt onlar yoxdurlar”, – deyə kənd sakini bildirib.

Gördüyümüz kimi, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan ərazilərdə həyat güllük-gülüstanlıq deyil. Amma bu, Azərbaycanın günahı deyil. Bildiyiniz kimi, ölkəmiz ən yüksək səviyyədə Qarabağda qalan ermənilərə sülh və ləyaqətli həyat hüquqlarının təmin edilməsi barədə zəmanət verib. Azərbaycan vətəndaşlığını qəbul edib pasportlarını aldıqdan sonra orada sülh və ləyaqətlə həyatlarını yaşamağa davam edə biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə söyləyib ki, onların iqtisadi şəraiti yaxşılaşacaq və onlar daha yaxşı yaşayacaqlar.

Ümumiyyətlə isə Salatınkənd sakinlərinin onların üzərində yerləşən Şuşa şəhərindəki əhəmiyyətli dəyişiklikləri müşahidə etmələri kifayətdir.

Şəhər gözümüzün önündə dəyişir, orada yeni yollar, enerji və məişət obyektləri tikilir, möcüzəvi şəkildə toxunulmaz qalan yaşayış binaları və tarixi obyektlər bərpa olunur. Və bütün bunların fonunda öz yaşadığınız həyatı müqayisə edin. Heç bir mübaliğə etmədən, barıt çəlləyi üzərində həyat.

Qarabağda qalan 20-25 min erməninin keçmişin səhifələrini vərəqləməyi və gələcəklə yaşamağa başlamalarının vaxtıdır. Əgər onlar gələcək talelərini Qarabağa bağlamaq istəyirlərsə, bunun zəmanəti yalnız Azərbaycanın bir hissəsi olmaqla mümkün ola bilər.

Axı Salatınkənd sakinlərinin çox qəzəbli olduqları sülhməramlılar orada müvəqqəti yerləşiblər və gec-tez müvəqqəti yerləşmə yerlərini tərk edəcəklər. Və o zaman Qarabağ ermənilərinin bir seçimi olacaq: Ya Azərbaycan ərazisini tərk edib Ermənistanda və ya xarici ölkələrdə (əlbəttə ki, onlar orada heç kimə lazım deyillər) sərgərdan həyat yaşamaq, yaxud da Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin tamhüquqlu vətəndaşı olmaq.

Azərbaycan artıq öz təklifini açıqlayıb. Amma Qarabağdakı ermənilərin bunu eşidib-eşitməyəcəyini zaman göstərəcək.