Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.
7Times.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
O, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri təyin edilib.
Bundan əvvəl sözügedən vəzifəni Əli Əhmədov tutub. O, ötən il keçirilən parlament seçkilərində deputat seçilib.
Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi – 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.