Dünya

Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, – məlumatda qeyd olunub.