Gündəm

Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdi

Səfirlik deputatın mini yubkaya görə cərimə açıqlamasına cavab verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikasının ölkəmizdəki səfirliyi deputat Tahir Kərimlinin adıçəkilən ölkə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

7times.az xəbər verir ki, səfirlikdən “Qafqazinfo”da yayımlanan sözügedən xəbərə reaksiya olaraq göndərilən məktubda bildirilir ki, deputatın Cənubi Koreyada mini yubka, açıq-saçıq geyinən qadınların 45 dollar cərimə edilməsi ilə bağlı fikri səhvdir: “Koreya Respublikasında (Cənubi Koreya) mini yubka, açıq-saçıq geyim üsulunu qadağan edən bir qayda və yaxud nizamnamə yoxdur”.

Xatırladaq ki, T. Kərimli Azərbaycanda hotellərin nikah şəhadətnaməsi tələb etməsi ilə bağlı məsələni müdafiə edib. Bununla bağlı verdiyi açıqlamada bildirib ki, nikah şəhadətnaməsinin tələb edilməməsi əxlaqsızlığa yol açır. Millət vəkili fikirlərini izah etmək üçün Cənubi Koreyanı da misal gətirməyə çalışıb: “Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik?”