Mədəniyyət

Şekspirin kitabı 2,5 milyon dollara satıldı

Şekspirin kitabı 2,5 milyon dollara satıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu şəkildə nəşr olunduğu “İlk Folio” kitabı Sothebys hərrac evində  mühüm kolleksiyaçı tərəfindən satışa çıxarılıb.

 

Sfera.az xəbər verir ki, kitab bu gün 2 milyon 470 min dollara alınıb.1623-cü ildə nəşr olunan bu kitab ingilis ədəbiyyatının ən mühüm kitabı və ingilis dilində iki ən böyük kitabdan biri hesab olunur.

 

Digər tərəfdən, Müstəqillik Bəyannaməsinin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi, hərraca çıxarılan digər qiymətli sənədlərlə yanaşı, rekord qiymətə 2 milyon 228 min dollara satılıb. ABŞ Konstitusiyasının və Hüquqlar Billinin Virciniya ştatı tərəfindən ratifikasiya edildiyini göstərən 1788-ci il tarixli qiymətli sənəd Şekspirin kitabının qiymətini keçərək 3 milyon 75 min dollara satılıb.

 

Bildirilib ki, təsdiq şəhadətnaməsindən dünyada 3 ədəd var.

 

Hərracda satışa çıxarılan digər qiymətli kitablar və sənədlər arasında Çarlz Darvinin məşhur “Növlərin mənşəyi” kitabının 1859-cu il nəşri və Ceyn Ostenin “Qürur və qərəz” kitabının 1813-cü il nəşri də var idi.