Mədəniyyət

Səmayənin yerinə Ləman gəldi

Səmayənin yerinə Ləman gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ƏSA” teatrında səhnəyə qoyulan Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanan “Çıxış yoxdur” fəlsəfi-dramının aktyor heyətində dəyişiklik edilib.

OLAY yazır ki, daha əvvəl tamaşada Səmayə Ağayarovanın canlandırdığı İnes Serano obrazını Ləman Mərrih oynayacaq.  Tamaşanın növbəti buraxılışı isə 14 iyunda baş tutacaq.

Xatırladaq ki, bu tamaşada ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərin hekayəsindən bəhs olunu. Onlar bu otaqda varlıq və ya heçlik seçimi etməlidirlər.

Quruluşçu rejissoru Nihad Qulamzadədir, rollarda isə Elşən Əsgərov, Lalə Süleymanova, Ləman Mərrih, Elsevər Rəhimov, Amin Əsgərov, Aysel Feziyeva, Gülçin Qasımovadır.