Maqazin

“Sezen Aksu ilə duet oxumaq istəyərəm” – Türkiyəli müğənni ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Sezen Aksu ilə duet oxumaq istəyərəm” – Türkiyəli müğənni ilə EKSKLÜZİV MÜSAHİBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7times.az saytının “Ulduzlar Arenası” rubrikasının növbəti qonağı Türkiyənin sevilən müğənnisi Hediye Biliç oldu.

Pandemiya dövründə müğənnilər üçün həyat necə davam edir?

Gördüyüm qədəri ilə bir çox müğənni vaxtını “İnstagram”da canlı yayımlar edərək keçirir. Mən isə vaxtımı daha çox mahnı yazmağa sərf etdim. Bir az da şəxsi inkişafıma yönələrək, bilmədiyim sahələrdə özümü inkişaf etdirməyə səy göstərdiyimi deyə bilərəm.

Sizcə “Çevrimiçi” adlı mahnınızın çox sevilməsinin səbəbi nədir? Bu qədər uğurlu olacağını gözləyirdiniz?

Əvvəla, çox təşəkkür edirəm. Həm mahnı, həm də klip çox rəngarəng və maraqlı oldu. Məncə, əsas səbəbi bu ola bilər. Mahnı ilə bağlı çox gözəl mesajlar aldım. Açıqcası bunu gözləyirdim, amma hər zaman daha yaxşısı üçün çalışmağa davam edəcəm.

Sizin üçün indiyə qədər oxuduğunuz ən unudulmaz mahnınız hansı olub? 

“Al Yanına” adlı mahnımın mənim üçün  vazkeçilməz olduğunu deyə bilərəm.

Siz həm də mahnı sözləri yazaraq, bəstələyirsiniz. Bəstələdiyiniz mahnıları oxuyan müğənnilər olub?

Mən daha çox özüm üçün mahnılar yazmışam. Açıqcası mahnı vermək məqsədi ilə yazmamışam. Amma artıq bunun da olmağını çox arzu edirəm.

Son zamanlar böyük musiqi kanallarının bağlanmasının səbəbini nədə görürsünüz?

Çünki rəqəmsal platformalar olduqca artdı və təbii olaraq da, televiziya kanallarının izlənmə reytinqləri xeyli aşağı düşdü. Fikrimcə, bu da kanallara mənfi təsir göstərdi. Musiqi kanallarının bağlanmasının əsas səbəbi budur.

 Duet oxumaq istədiyiniz müğənni varmı?

Sezen Aksu ilə duet oxumağı çox istəyərəm. Bu mükəmməl olardı.

İndiki müğənnilərdən kimin Sezen Aksu səviyyəsinə çata biləcəyini düşünürsünüz?

 Başqalarını deyə bilmirəm, amma şəxsən mən Sezen Aksu səviyyəsinə yüksələ bilməyi öz adıma çox istəyərəm.

 Müğənnilikdən başqa həm də kaman müəllimisiniz. Buna vaxt ayırmaq sizə çətin olmur?

Mən uzun illərdir müəllimlik edərək, tələbələrə kaman ifa etməyi öyrədirəm. Təbii ki, çətin olduğu vaxtlar da oldu, amma ondan da vazkeçmədim. Nəticədə kaman öyrənmək istəyən onlarla gözəl ürəkli insanlar var. Mən onları necə yarı yolda buraxa bilərəm?

Son zamanlarda bir çox gənc dünya ulduzu olmaq məqsədilə yola çıxaraq xəyal qırıqlığına uğradı. Sizcə, Türkiyədən dünya ulduzu çıxa bilərmi?

Çox çətin bir sualdır, lakin ümid edirəm ki, Türkiyədən də bir dünya ulduzu çıxar.

Sizcə, dünya ulduzu olmaq hədəfinə çata bilməyən gənclərin ən böyük səhvi nədir?

Məncə, dünya ulduzu olmaq istəyən insanlar hədəflərindən çox tez vazkeçməməlidir.

Son illər çəkilən kliplərin çoxunun eyni olması sizcə nədən qaynaqlanır?

Çünki klip çəkərkən dünyadakı nümunələrə baxırlar. Rejissorlar yaradıcı və yenilikçi olmadığı üçün, bunlar həmişə gözardı edilir. Təbii ki, sonra da bir-birinə bənzəyən kliplər ortaya çıxır.

Azərbaycanda tanıdığınız müğənnilər varmı?

Təəssüf ki, Azərbaycanda tanıdığım heç bir müğənni yoxdur, amma olmağını çox istəyərəm. Bəlkə, bir gün hansısa bir konsert olar, mən də Azərbaycan müğənniləri ilə bir araya gələ bilərəm.

Elmir Kərimli