Siyəzən

Siyəzəndə əməliyyat : 3 nəfər saxlanılıb – VİDEO 

Siyəzəndə əməliyyat : 3 nəfər saxlanılıb – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əlimərdan Cəfərov saxlanılıb.

Həmçinin, Ə.Cəfərovun yaşadığı evə narkotik almaq məqsədi ilə gələn rayon sakinləri V.Məmmədov və R.Əliyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 5 ədəd şpris, 1 ədəd ampula aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əlimərdan Cəfərovun barəsində həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.