Ölkə

“Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər” – ZAUR MƏMMƏDOV

“Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər” – ZAUR MƏMMƏDOVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sözünü tutmayan gədə statusunu möhkəmləndirmək istəyən Paşinyan yeni müharibəni tezləşdirir”

“Üçtərəfli Bəyanat ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Müvafiq dövlətlər ya İrəvanı vadar etməlidirlər, ya da rəsmi Bakı özü bildiyi kimi hərəkət edəcək. Bu arada, məlum olub ki, Paşinyan nəinki Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağ ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir. Azərbaycan-Ermənistan sərhəddində heç bir demilitarizasiya zonası yaradılmayacaq. Ordumuz olduqları yerdə qalacaqlar”. 

Bunu 7Times.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloqun sözlərinə görə, Qarabağda demilitarizasiya zonası yaratmaq təklifi o deməkdir ki, Ermənistan Xankəndi və ətraf şəhərlərdən erməni hərbi birləşmələri çıxartmaq istəmir: “Paşinyanın fikrincə, Qarabağın dağlıq hissəsində yerləşən silahlılar Ermənistan ordusunun üzvləri deyil və o bunu Praqada bildirib. Burada da Nikolun işbazlıqla məşqul olduğunu görürük. Xankəndidəki erməni silahlılarını bölgədə yaşayan ermənilərin Azərbaycan tərəfindən soyqırıma məruz qalmaması üçün vacib hesab edən və onları “özünümüdafiə ordusu” adlandıran Ermənistan yeni müharibəni tezləşdirir. Yaxşı olar ki, Paşinyan və Vaşinqtonda, Brüsseldə, Praqada, Soçidə iştirak edən vasitəçilər açıb Üçtərəfli Bəyanatda “erməni hərbi birləşmələri” və ya Ermənistan hərbi birləşmələri yazıldığına diqqətlə baxsınlar.

Bakı Politoloqlar Klubunun rəhbəri  hesab edir ki, son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər: “Görünən odur ki, 4 dövlətdən müəyyən siyasi, mənəvi və hərbi dəstəyi alacağına ümid edən Nikol danışıqlar prosesində sözünü tutmayan gədə statusunu möhkəmləndirmək istəyir. Elə isə saqqalından yapışacaq erməni vətəndaşlarını gözləsin.