Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yeniyetməyə qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanılıb.
7times.az-ın APA-ya istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhərin “Xəzər bağları” yaşayış massivi ərazisində yaşayan 1979-cu il təvəllüdlü Avtandil Qasımov (ad şərtidir) 14 yaşlı Pərvin Şərifova (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. O, həmin ərazidə velosiped sürən, əqli geriliyi olan oğlan uşağının anlaqsız vəziyyətdən istifadə edərək onu dənizkənarına aparıb. Və orada çirkin niyyətini həyata keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
A. Qasımov etdiyi hərəkəti etiraf edib və həmin günü ağır dərəcədə spirtli içki qəbul etdiyini bildirib. O, 14 yaşlı P. Şərifovu əvvəldən tanıdığını da deyib.
Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin (+994 18) 654-02-02 telefon nömrəsinə zəng edib məlumat verə bilərlər.
Follow @7timesaz