Dünya

Suriyadakı ABŞ bazasına raket hücumu olub

Suriyadakı ABŞ bazasına raket hücumu olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dəstəklədiyi qruplar Suriyanın Deyr əz-Zor şəhərindəki ABŞ ordusunun bazasına raket zərbələri endirib.

“AzPolitika.info” xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri raketlərdən birini hədəfə çatmamış havada məhv edib, biri isə baza ətrafındakı mülki yaşayış məntəqəsinə düşüb.

Raketin mülki yaşayış məntəqəsinə düşməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.