Ölkə

Şuşada tikinti aparmağın şərtləri açıqlandı

Şuşada tikinti aparmağın şərtləri açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa şəhərinin ərazi palanlaşdırılması sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən, habelə özündə müfəssəl həlləri ehtiva edən şəhərin Baş planı təşkil edir.

7times.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Bildirilib ki, Şuşa şəhərində həyata keçirilən bütün tikinti-quraşdırma, abadlıq, təmir, bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işləri şəhərin Baş planına, ərazinin memarlıq üslubuna uyğun olmalıdır.

Şuşa şəhərinin zonalaşdırılması Baş planla müəyyənləşdirilir.

Tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun nümayəndəsinin iştirakı ilə aparılır və bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən nəzərdən keçirilir, abidələrin ilkin tədqiqi təmin olunur.

Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra orqanının müəyyən etdiyi quruma məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qəbul edilir.

Şuşa şəhərinin ərazisində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı tikintiyə icazə və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, belə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən, habelə tikinti fəaliyyətindən irəli gələn digər məsələlər Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.