Ukraynaya qarşı işğalçılıq müharibəsinin üçüncü ilinin başlamasına baxmayaraq, Rusiya hələ də öz tərifli, “ultramüasir” “T-14 Armata” tankını döyüş meydanına göndərə bilmir. Son olaraq Rusiyanın “Rostex” müdafiə konserninin rəhbəri Sergey Çemezov bunu həmin tankların çox bahalı olması ilə izah edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının son hesabatında “T-14”-lərin döyüşə göndərilməməsinin gerçək səbəblərindən söz açılır: “Bu gün “T-14 Armata”-nın Ukraynada heç vaxt olmayacağını demək olar. Bu, çox güman ki, “prestijli” texnikanın döyüşdə itirilməsi və bunun Rusiya tərəfinin reputasiyasına vura biləcəyi zərbə ilə əlaqədardır”.
Hesabatda qeyd olunur ki, bu tanklar reklam olunduqları qədər müasir texniki imkanlara malik olmadıqları və onların sayının az olduğu üçün Rusiya onları döyüşə atıb, özünü biabır etmək istəmir.
Britaniya kəşkiyyatı xatırladıb ki, “Armata” tankı 9 may 2015-ci ildə Moskvadakı paradın məşqi zamanı təqdim edilib və elə həmin vaxt da sönərək yolda qalıb.
Follow @7timesaz