Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində 36 nəfər ölüb, 61 nəfər yaralanıb.
7times.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09.00-da Xualyan rayonunda tuneldə baş verib. 350 sərnişinlik qatar səkkiz vaqondan ibarət olub. İkinci və üçüncü vaqonlar relsdən çıxıb, dördüncü və beşinci vaqonlar ciddi şəkildə deformasiyaya uğrayıb.
Follow @7timesaz