Aktual

TƏCİLİ! Rusiya bu ölkələri də düşmən ELAN ETDİ

TƏCİLİ! Rusiya bu ölkələri də düşmən ELAN ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Danimarka, Yunanıstan, Sloveniya, Xorvatiya və Slovakiyanı düşmən ölkələr siyahısına daxil edib.

7Times.az  xəbər verir ki, Rusiyaya qarşı siyasət aparan ölkələrdən ibarət siyahı genişləndirilməkdə davam edir.

Rusiya hökumətinin mətbuat xidmətindən verilən yazılı açıqlamada siyahıya yeni ölkələrin əlavə olunduğu açıqlanıb.

“Hökumət Rusiyanın xaricdəki konsulluq və diplomatik nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını yeniləyib”, – deyə məlumatda bildirilir.

Siyahıya Yunanıstan, Sloveniya, Slovakiya, Xorvatiya və Danimarka əlavə edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin aprelində “düşmən ölkələr” haqqında fərman imzalayıb. ABŞ və Çexiya ilk dəfə ötən ilin mayında Rusiyanın yaratdığı “düşmən ölkələr” siyahısına daxil edilib.