Ölkə

Təlimlər İran təhdidləri qarşısında geri addım atmadığımızı göstərir – Hərbi ekspert

Təlimlər İran təhdidləri qarşısında geri addım atmadığımızı göstərir – Hərbi ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Türkiyə arasında təlimlər kifayət qədər intensivləşib. Əvvəllər də təlimlər keçirilib. Keçirilən təlimlər birmənalı olaraq Azərbaycan və Türkiyə arasında silahlı qüvvələrin inteqrasiyası məqsədilə atılan addımların tərkib hissəsidir”.

Bunu “7Times.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert keçirilən təlimlərin hər iki qardaş ölkənin orduları arasında qarşılıqlı və birgə fəaliyyətlərin daha üstün bir səviyyəyə çıxarılması məqsədilə aparıldığını bildirib:

“Təlimlər müxtəlif qoşun növləri arasında birbaşa əlaqələrin və ortaq əməliyyatların uğurla həyata keçirilməsi məqəsdilə atılan addımlardır. Regionda baş verən hadisələr fonunda, xüsusilə İranın Azərbaycana qarşı aqressiv davranışları fonunda Türkiyə ilə Azərbaycanın cənub ərazilərimizdə təlimlər keçməsi təsadüfü hesab olunmur. Bu bir daha Azərbaycan və Türkiyə birliyinin İran təhdidləri qarşısında geri addım atmadığını, əksinə bu təhdidlərə qarşı daim birgə fəaliyyətləri həyata keçirtməyə hazır olduğunu nümayiş etdirir”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə İran sərhədində birgə təlimlərə başlayıb. Təlim Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.