“İran adalanan dövlət, fars rejimi Azərbayacana qarşı düşməndir və bütün istiqamətlərdə Azərbayacana qarşı xəyanət edir”.
Bunu 7Times.az-a açıqlamasında Respublikanın xalq artisti Nurəddin Mehdixanlı deyib.
Onun sözlərinə görə, İran Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan bir ökənin yanında olmaqla, Azərbaycana qarşı mövqeyini nümayiş etdirir: “İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi kimi qələmə verir, Ermənistanı “qırmızı xətti” sayır. Qacarlar hakimiyyəti devriləndən sonra, 1925-ci ildən bəri hakimiyyətdə olan farslar Azərbaycana qarşı cinayətlər törətməklə məşğuldur. Hətta, 1945-ci ildə İrandan ayrıldığını elan edən Pişəvəri hökumətini yıxıb, Güney Azərbaycanı yenidən işğal etdilər”.
“İran İkinci Qarabağ müharibəsində də istər kəşfiyyat məlumatları ilə, istər humanitar yardımlarla, istər silah-sursatla, istərsə də bələdçiliklə Ermənistana yardım, Azərbaycana isə xəyanət edib. Bu gün də İran Azərbaycanın uğurlarını həzm edə bilmir və onun güclənməsindən qorxur. Bunun da Güney azərbaycanlılar üçün nümunə olacağından ehtiyat edir və Azərbaycana təzyiqlər edir. Hətta, İran bu gün Azərbaycan və Türkiyəyə qarşı Fransa ilə də əməkdaşlıq edir”-deyə, xalq artisti vurğulayıb.
Aktyor əlavə edib ki, səfirlikdə baş verən hadisə beynəlxalq qanunlara görə də terror aktıdır və Azərbaycan xalqına və Azərbaycan Respublikasına elan olunan müharibədir:
“Çünki səfrliyin ərazisi həmin ölkənin ərazisi hesab olunur və toxunulmazdır. Lakin bu əraziyə İran təhlükəsizlik orqanlarının gözü qarşısında terror aktı törədilib. Mən əminəm ki, bu terror aktı İranın Ali dini rəhbərinin razılığı və təşkilatçılığı ilə baş verib və SEPAH-ın dəstixəttidir. Çünki İran Güneydəki hadisələrdən qorxur və bununla qabaqlayıcı tədbirlər görür. lakin istənilən halda, İran İmperiyadır və çökməyə məhkumdur. İranın çökməsi isə Güney Azərbaycanın istiqlalı ilə nəticələnəcək”.
7Times.az