Dünya

“TikTok” daha yeddi uşağın ölümünə səbəb oldu

“TikTok” daha yeddi uşağın ölümünə səbəb oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TikTok” övladlarını itirən valideynlər tərəfindən çoxsaylı məhkəmə iddiaları ilə üzləşib.

Bildirilib ki, sosial şəbəkədəki “blackout challenge” trendini yerinə yetirməyə cəhd edərkən azı yeddi azyaşlı boğularaq ölüb.

Qeyd edək ki, bu trend istifadəçiləri huşunu itirənə qədər özlərini kəmər və ya bənzər əşya ilə boğmağa təşviq edir.

Şəbəkədən verilən məlumata görə, “TikTok” artıq sözügedən hərəkətləri nümayiş etdirən videoları bloklayıb.