Mədəniyyət

Tina Törner vəfat etdi

Tina Törner vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı və isveçrəli müğənni, aktrisa, rəqqasə Tina Törner vəfat edib.

OLAY yazır  ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

““Rok-n-rollun kraliçası” Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib. Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi”, – müğənninin sözçüsü açıqlamasında bildirib.

Əsl adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olub. Sent-luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilib. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması cütlüyün arasında olan münasibəti evliliyə qədər aparıb.

İka Turnerin irrasional hərəkətləri səbəbindən cütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner 1983-cü ildə “Capitol” adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan “Let’s Stay Together” mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə “Top 10 sinql” arasına girməyi bacarır. “What’s Love Got to With It” sinqlı İngiltərə musiqi siyahılarında üçüncü yeri tutsa da, ABŞ-də liderlik əldə edir.

Bu mahnın da yer aldığı albom “Ən yaxşı albom” və “Ən yaxşı qadın pop vokalist” nominasiyalarında sahibinə 2 Qremmi mükafatı qazandırır. 1984-cü ildə Tina Törner “Mad Max Beyond The Thunderdome” adlı filmdə rol almağı qəbul edir. Törnerin növbəti hiti “We Don’t Need Another Hero” adlı sinql olur və mahnı həmin ekran işində istifadə edilir. Növbəti il keçirilən yardım kompaniyasına dəstək məqsədi ilə Mik Ceker ilə duet oxuyan Tina Törnerin məşhurluğu dünya səviyyəsinə çatır.

Çətin bir uşaqlıq və gənclik dövrü keçirdiyini müsahibələrində və görüşlərində tez-tez xatırladan müğənni 1985-ci ildə özünün avtobioqrafiyasını yazır. 1993-cü ildə ona dünya miqyasında məşhurluq gətirən “What’s Love Got to Do With It” sinqlı üçün film çəkilir. 2013-cü ildə Ervin Bax ilə evlənən Tina Törner İsveçrə vətəndaşlığını qəbul edir və bu ölkəyə yerləşir. Törner ömrünün sonuna qədər Sürix yaxınlığında yerləşən kiçik Küsnaxt qəsəbəsində yaşayıb.