Manşet

Tomas Eliot mükafatının qalibləri elan olunacaq – SİYAHI

Tomas Eliot mükafatının qalibləri elan olunacaq – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün (24.01.2021) dünyanın ən prestijli poeziya mükafatlarından hesab edilən “Tomas Eliot mükafatı”nın növbəti qalibi elan ediləcək. Fotodakı 10 şair qısa siyahıya düşənlərdir, 5 qadın, 5 kişi. Qalibə 25 min ingilis sterlinqi (təxminən 58 min manat) dəyərində çek təqdim olunacaq, qısa sıyahıya düşənlərin hər birinə isə 1500 sterlinq (təxminə 3400 manat) dəyərində çek veriləcək.

7times.az qısa siyahıdakı müəlliflərin və kitabların adlarını təqdim edir:

Natalie Diaz – Postkolonial sevgi şeiri
Sasha Dugdale – Deformasiyalar
Ella Frears- Parla, əzizim
Will Harris – Dəyərsiz
Wayne Holloway Smith – Sevgi çıx sevgi
Bhanu Kapil – Ürəyi necə yumalı?
Daisy Lafarge – Havasız yaşamaq
Glyn Maxwell – Necəsən, lənətə gəlmiş
Shane McCrae – Bəzən heç əzab çəkmədim
J.O. Morgan – Marslıların reqressiyası

T.S. Eliot (26 sentyabr 1888 – 4 yanvar 1965) Amerikada doğulub. Şair, esseist, naşir, dramaturq və tənqidçi olub. Ən görkəmli modernistlərdən biri idi. 1948-ci ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür.

7times.az 

Murad Muradov