Manşet

Toplarımızın səsi Xankəndində eşidilir – Düşmən təşvişdə

Toplarımızın səsi Xankəndində eşidilir – Düşmən təşvişdəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə, Azərbaycan Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.

7times.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, artıq işğal altındakı ərazilərimizdəki erməni hərbi birliklərində təşviş başlayıb. Onlar müdafiənin dərinliklərində Azərbaycan Ordusunun dəqiq top atışları ilə erməni hədəflərini məhv etməsindən qorxuya düşdüklərini etiraf edirlər.

Azərbaycan Ordusunun artilleriya zərbələrinin Xankəndidə eşidildiyini Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da təsdiqləyib. modern.az