Aktual

Türk məşhurlar canlı yayımda 1,3 milyard pul topladı

Türk məşhurlar canlı yayımda 1,3 milyard pul topladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.

Başda TRT1, ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV və TV8 olmaqla 213 türk və beynəlxalq televiziya kanalı və 562 radioda yayımlanan kampaniyanın canlı yayımında 115 milyard 146 milyon 528 min lirə (1 milyard 366 milyon 108 min 588 manat) ianə toplanılıb.

Türkiyənin hər yerindən və xaricdən çoxlu siyasətçi, iş adamı və sənətçi ilə yanaşı, idman dünyasının və bürokratiyanın tanınmış simaları canlı yayımda iştirak edib.

Nihat Hatipoğlu, Pelin Çift, Çağla Şıkel, Tümer Doğru, Nazlı Çelik, Acun Ilıcalı, Deniz Bayramoğlu və Didem Arslan Yılmazın aparıcılığı ilə keçən gecədə Kıvanç Tatlıtuğ, Ezgi Mola, Aslı Enver, Aras Bulut İynemli, Eda Ece, Murat Boz, Ebru Şahin, Pınar Deniz, Murat Yıldırım, Deniz Baysal, Afra Saraçoğlu, Mert Ramazan Demir, Burak Özçivit, Demet Özdemir, Burcu Özberk, Sibel Can, Barış Arduç, Hülya Avşar, Serenay Sarıkaya, Tolga Sarıtaş, Burak Deniz, Hande Erçel, İbrahim Selim, Merve Dizdar, Halit Ergenç, Hadise, Bensu Soral, İrem Helvacıoğlu, Bestemsu Kökdemir, Alp Novruz, Sıla Türkoğlu, Engin Akyürek, Akın Akınözü, Ercan Kesal, Defne Samyeli, Yusuf Çim, Celil Nalçkan, Ahu Yağtu və başqa məşhurlar kampaniyada gələn zəngləri cavablandırıb, gələn yardımları qəbul edib.