Region

Türkiyə hərbçiləri Qarabağda mina təmizləyir – FOTO

Türkiyə hərbçiləri Qarabağda mina təmizləyir – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir.

7times.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində yer alıb.

Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün Azərbaycana gəlib.