Region

Türkiyə-Naxçıvan yolu bağlandı – Video + Yenilənib

Türkiyə-Naxçıvan yolu bağlandı – Video + Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Iğdır bölgəsinin Aralık rayonunda baş verən sel səbəbi ilə Türkiyə-Naxçıvan magistral yolu nəqliyyata bağlanıb.

7times.az “NTV”yə istinadən xəbər verir ki, sel daşqınlarına gecə saatlarında Ağrı Dağı bölgəsində yağan güclü leysan yağışları səbəb olub.

Daşqın sularının gətirdiyi daş və torpaq səbəbiylə bölgədəki bir çox suvarma kanalları və su boruları bağlanıb. Bundan əlavə, daşqın suları əkinçilik ərazilərinə də ziyan vurub.

Bölgəyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) heyəti cəlb olunub. Bağlanmış magistral yolun, suvarma kanalları və boru kəmərlərinin açılması üçün işlərə başlanılıb.

***

Daşqın səbəbi ilə bağlanan Türkiyə-Naxçıvan magistral yolu gecə boyu aparılan işlərdən sonra yol torpaq və qayalardan təmizlənərək yenidən nəqliyyata açılıb.

Bölgədə daşqından ziyan görən ərazilərdə işlər davam etdirilir. Qafqazinfo.az