Aktual

Türkiyə Qızıl Aypara Cəmiyyəti zəlzələ ilə bağlı müraciət yayıb

Türkiyə Qızıl Aypara Cəmiyyəti zəlzələ ilə bağlı müraciət yayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık vətəndaşlara müraciət edib.

O, bu gecə baş verən dağıdıcı zəlzələdən sonra vətəndaşları qan verməyə dəvət edib.

“İlkin mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm”, – deyə Kərəm Kınık bildirib.

Xatırladaq ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:17-də qeydə alınıb.