Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var.
Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.
Bu barədə 7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Follow @7timesaz