Türkiyədə həyata keçirilən “İldırım-7” antiterror əməliyyatları çərçivəsində Diyarbəkirin Licə bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.
7times.az “Anadolu”ya istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Bildirilir ki, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyatlar davam edir.
İraqın şimalında həyata keçirilən “Pençe-Kaplan” antiterror əməliyyatı çərçivəsində görülən tədbirlər nəticəsində isə PKK-ya məxsus sığınacaq və silah sursat anbarı aşkarlanıb.APA