Mədəniyyət

Türkiyənin məşhur nəşriyyatı 30 yazıçımızı çap etdi – SİYAHI

Türkiyənin məşhur nəşriyyatı 30 yazıçımızı çap etdi – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur “Hece” nəşriyyatı “Günümüz Azərbaycan öyküsü” (“Müasir Azərbaycan hekayəsi”) adlı almanax çap edib.

7times.az-ın məlumatına görə, almanaxda Azərbaycanın 30 yazıçısının əsərləri yer alıb.

Gənc yazar Əbdülqadir Özkanın türkcəyə çevirdiyi əsərləri belə təqdim edib: “Əlinizdəki almanax Avestadan Dədə Qorquda, İzzəddin Həsənoğlundan Anar Rzayevə qədər yüz illərlə keçmiş və gələcəyə malik çağdaş Azərbaycan ədəbiyyatının mövcud vəziyyətini əsk etdirir”.

Əbdülqadir Özkan türk oxucuların bu kitabla Azərbaycan ədəbiyyatı və sosial mühiti haqda vacib nüanslarla tanışlıq əldə edə biləcəyi qənaətində olduğunu vurğulayıb.

Almanaxda Anar Rzayev, Çingiz Abdullayev, Əkrəm Əylisli, Hicran Hüseynova, Elçin Hüseynbəyli, Afaq Məsud, Eyvaz Zeynalov, Əlabbas Bağırov, Aslan Quliyev, İsi Məlikzadə, Qəşəm İsabəyli, Şərif Ağayar, Qurban Yaquboğlu, Sevinc Nuruqızı, Svetlana Turan, Zümrüd Yağmur, Günel Eminli, Fəxri Uğurlu, Vahid Qazi, Zərdüşt Şəfizadə, Hafiz Mirzə, Natiq Məmmədli, Alik Nağıoğlu, Təranə Musayeva, Qalib Şəfaət, Güntay Gəncalp, Narıngül Nadir, Mübariz Cəfərli, Qəşəm Nəcəfzadə, Zahid Xəlilin hekayələri dərc olunub. teleqraf.com