İtaliyanin Turin şəhərində keçirilən 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
7Times.az xəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra – Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.
Böyük Britaniya (Sam Ryder – Space Man) ikinci, İspaniya isə (Chanel – SloMo) üçüncü olub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Follow @7timesaz