Hərbi

Ukraynalıların Zelenskiyə dəstəyi azalıb – Səbəblərdən biri Zalujnıdır…

Ukraynalıların Zelenskiyə dəstəyi azalıb – Səbəblərdən biri Zalujnıdır…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə uzandıqca və Ukrayna ordusu geri çəkildikcə Prezident Volodimir Zelenskinin ukraynalılar arasındakı dəstəyi də təbii olaraq azalır.

7Times.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, ölkədə keçirilən son sorğunun nəticəsi Zelenskinin reytinqinin ötən ilin payızı ilə müqayisədə kəskin şəkildə endiyini göstərir.

Belə ki, Beynəlxalq Respublikaçılar İnstitutunun Təhlil və Sosioloji Araşdırmalar Mərkəzi adından “Reytinq” Sosioloji Qrupunun keçirdiyi sorğunun nəticələrinə görə, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə Ukrayna Prezidenti Volodimir Zelenskinin fəaliyyətini tam bəyənən ukraynalıların sayı 42%-dən 22%-ə düşüb. Sorğunun nəticələrinə görə, ukraynalıların 22%-i prezidentin fəaliyyətini tam bəyənir, 15%-i isə onun hərəkətlərindən tamamilə narazıdır.

Respondentlərin 41%-i prezidentin fəaliyyətini “qismən bəyəndiklərini”, 18%-i isə “qismən bəyənmədiklərini” bildiriblər. Ukraynalıların 4%-i cavab verməkdə çətinlik çəkdiklərini deyiblər.

Məlum olduğu kimi, fevralın 8-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib və general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı təyin edib. Sorğu göstərir ki, Zalujnının istefaya göndərilməsi əhalinin Zelenskiyə olan inamına mənfi təsir göstərib.

“AzPolitika”