Aktual

“Ukraynanın geniş əks-hücumu iyunda başlayacaq” – “Onlar pis vəziyyətdədirlər…”

“Ukraynanın geniş əks-hücumu iyunda başlayacaq” – “Onlar pis vəziyyətdədirlər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ərazilərinin Rusiya işğalçılarından azad olunması prosesi iyun ayının ortalarından tez başlamayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov TSN kanalına açıqlamasında deyib.

Ekspert bildirib ki, geniş əks-hücum iyundan tez başlamayacaq, çünki bunun üçün Qərb ölkələrinin verdikləri hərbi texnikanı mənimsəmək, ondan istifadəni öyrənmək, bu texnika ilə döyüşə gedəcək bölmələri hazırlamaq və onları cəbhə xəttinə göndərmək lazımdır. Bu isə müəyyən vaxt tələb edir.

Bununla yanaşı, Jdanov deyib ki, Ukraynadan fərqli olaraq, Rusiya tərəfi hərbi texnika və təchizat baxımından geriləyir: “Onlar bizim mövqelərimizə hücum etməyə çalışacaqlar. Ancaq inanmıram ki, uğur qazanacaqlar. Biz 4 həftə daha pis şərtlər daxilində dözərək döyüşmüşük. İndi bizim imkanlarımız yaxşılaşır, onlarınkı isə pisləşir. Onlar artıq köhnə sovet texnikasından istifadə etməyə başlayıblar. Nümuinə kimi T-80 tanklarını göstərmək olar”.

Mütəxəssis bildirib ki, həmin tanklar modernləşdirilməyib və pis vəziyyətdədirlər. O, həmçinin qeyd edib ki, rus ordusu bəzi istiqamətlərdə cəmi 20 kilometr uzaqlığı vura bilən köhnə D-20 haubitsalarının ümidinə qalıb.

Jdanov deyib ki, bu silahların 50-yə yaxın yaşı var və onların hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil.

Ekspert hesab edir ki, Rusiya ümumilikdə müasir silahlar və hərbi mütəxəssislər sarıdan əziyyət çəkməyə başlayıb. Çünki onların əhəmiyyətli hissəsi Ukraynada gedən müharibədə məhv edilib.