ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla bağlı davam edən müharibə və ABŞ-nin xarici siyasət gündəmi barədə açıqlamalar verib.
Çıxışı zamanı Tramp diqqətçəkən şəkildə gələcək planlarına da toxunaraq bildirib:“İrandakə məsələni bitirdikdən sonra Venesuelaya gedə bilərəm, sürətlə ispan dili öyrənə bilərəm və prezidentliyə namizəd ola bilərəm”.
O, həmçinin Venesuelada yüksək dəstəyə malik olduğunu iddia edib və bunu gələcək siyasi hədəfləri ilə əlaqələndirib.
Digər tərəfdən, ABŞ tərəfindən saxlanılan Nikolas Maduro ilə bağlı məhkəmə prosesi də davam edir. Məlumata görə, o və həyat yoldaşı Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb və iş üzrə hüquqi məsələlər müzakirə olunub.
Follow @7timesaz


