Qarabağ

Vətəndaşlarımızın Qarabağa köçürülməsi nə zaman başlayacaq? – AÇIQLAMA

Vətəndaşlarımızın Qarabağa köçürülməsi nə zaman başlayacaq? -AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindən sonra yayılan görüntülərdən təkcə  bizə  deyil bütün dünyaya məlum oldu ki, ermənilər torpaqlarımızı işğalda saxladığı 30 ilə yaxın müddətdə həmin ərzilərdə ağlasığmaz vəhşiliklər törədiblər. Ekoloji terrordan tutmuş milli mədəni abidələrimizin dağıdılmasına kimi.

Zaman-zaman “Qarabağ bizimdir” fikrinə  özlərini inandıran ermənilər bu fikirlə  dünyaya da car çəkirdilər. Bəs yaxşı erməni düşüncəsi ilə Qarabağ onların idisə niyə o torpaqlarda vandalizm aktı törədirdilər? Deməli uydurduqları yalana belə özləri də inanmamışdılar əslində.

Məsələyə münasibət bildirən siyasi şərhçi Xəyal Bəşirov 7times.az saytına açıqlamasında bildirdi ki, Azərbaycan rəhbərliyinin yürütdüyü düzgün siyasət və  ordumuzun şücaəti ilə torpaqlarımızın 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsi bir daha göstərdi ki, Ermənistanın böyük xalq yox, əslində  mədəniyyətdən və  sivilizasiyadan kənar bir təxəyyülə malik xalqdır.

“Qarabağ işğaldan azad edildikdən sonra qalib ölkənin rəhbəri,  Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin o torpaqlara səfər etməsi və  ən xırda detalları belə  Azərbaycan cəmiyyətinə  və dünya ictimaiyyətinə  çatdırılmasında əsas məqsəd o idi ki, erməni vandalları 30 ilə  yaxın müddətdə  təkcə  təcavüzkarlıq və  soyqırımı cinayəti törətməyiblər, eyni zamanda Azərnaycan torpaqlarına qarşı daha böyük cinayətlər törədiblər”

Bu məsələnin beynəlxalq hüquq müstəvisində  müvafiq addımlar atılmaqla həllinə nail olacağımızı deyən Xəyal Bəşirov qeyd etdi ki, hazırda həmin ərazilərdə  çox böyük böyük bərpa işləri aparılır.

“Bununla bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyi də  bəllidir.Ölkə başçısı da dəfələrdə  çıxışlarında qeyd edir ki, həmin o torpaqların bərpa olunmasına, o ərazilərdə yaşayan insanların uzun illərdən sonra həsrətində  olduğu ata-baba yurdlarına köçürülməsi üçün  əlimizdən gələni edəcəyik.Təbii ki, məlum pandemiya dünya iqdisadiyyatına böyük zərər vurdu. Amma buna rəğmən Azərbaycan 44 günlük müharibədən sonra artıq işğaldan azad olunmuş ərazilərdə  böyük infrastruktur layihələrinin icrasına start verib.Hazırda bir neçə yolun bərpası ilə  bağlı genişmiqyaslı işlər görülür.Prezident İlham Əliyevin iştirakı ilə İlk Elektrik Stansiyanın açılışı da baş tutub.

O ki, qaldı işğaldan azad olunmuş ərazilərə sakinlərin köçürülməsinə, müsahibim bildirdi ki, dövlətin bu istiqamətdə siyasəti də  fərqlidir.

“Bu könüllük prinsipi əsasında reallaşacaq . Çünki Azərbaycan qanunvericiliyinə əsasən heç bir  məcbutiyyət yoxdur. Əslində bu ən doğru addımdır ki, Ermənistan dünyaya car çəkməsin ki, Azərbaycan hakimiyyəti insanları  Qarabağa məcburi  şəkildə köçürür.Onu deyim ki, əsas məqsəd orada yaşayacaq insanların təhlükəsizliyinin təmin  edilməsidir . Dövlət tərəfindən infrastrukturun bərpası, yeni iş yerlərinin açılması , insanların həyat şəraitinin yaxşılaşdırılması  gətirib çıxaracaq fəaliyyət sahələrinin inkişafı istiqamətində  atılacaq addımlar sakinlərin könüllü şəkildə  həmin ərazilərə köçürülməsinə hesablanıb.Hətta ola bilər ki, heç Qarabağlı olmayan bir insan da işləmək məqsədilə ora  köçsün”

Siyahi şərhçi əlavə etdi ki, torpaqlarımız erməni vandallarından təmizlənsə də,   onların qalıqlarından , basdırdıqları minalardan tam təmizlənməyib.

Dövlət tərəfindən qarşıda duran əsas vəzifələrdən biri də məhz bu  ərazilərin minalardan təmizlənməsidir.

“Müharibədən bir neçə ay sonra ora qanunsuz səyahət etməyə  cəhd edən mülki şəxslərdən və  hərbçilərimizdən həyatlarını  itirənlər oldu. Ermənistan özünün nankor, təcavüzkar, işğalçılıq  siyasətini  bu gün də davam etdirir.Beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olaraq  etməli olduğu işi etmir.Yəni həmin ərazilərdə  basdırdığı minaların xəritəsini Azərbaycana təqdim etmir.Bunla bağlı Azərbaycan dövləti müxtəlif səviyyələrdə məsələ qaldırır.Bizim səsimizə  səs verən dövlətlər də oldu. Bir neçə müddət əvvəl  İtaliya parlamentində minalanmış ərazilərlə  bağlı qətnamə  qəbul olundu. Qətnaməyə əsasən  Ermənistan dövləti minaladığı ərazilərlə  bağlı xəritələri Azərbayacana təqdim etməlidir. Əks halda Ermənistana beynəlxaq səviyyədə  təzyiq göstərilməlidir. Ümid edirik ki, digər dövlətlər də  bu çağırışa qoşulacaq. Bu təkcə Azərbaycanın problemi deyil, bu bəşəriyyətin, insanlığın,  problemidir.Bütün dövlətlər bununla bağlı vahid fikir sərgiləməlidirlər. Ancaq təəssüflər olsun ki, bəzi dövlətlər bu məsələdə  səssizlik nümayiş etdirməklə, Ermənistana lazımi təsir göstərməkdən yayınırlar. Yaxşı olar ki, həmin xəritələr bizə  təqdim olunsun . Bu gələcəkdə  Azərbayacan-Ermənistan qonşuluq münasibətlərə  də təsir göstərəcək.

Təxmini hesablamalar əsasən 1 milyard kvadrat metrə  yaxın ərazilərin  minalandığını  deyən Xəyal Bəşirov bildirdi ki, bu  ərazilərin minalardan təmizlənməsi prosesinə kifayət qədər mütəxəssis cəlb edilib.

“Bu məsələdə həmin ərazilərdə sülhməramlılıq missiyasını  öhdəsinə götürən  Rusiya da ciddi fəallıq göstərməlidir. Necə ki, 10 noyabr bəyanatının imzalanması, ardınca 11 yanvar bəyanatın imzalanmasında ciddi vasitəçilik göstərərək, birbaşa rəhbərliyi iştirak etdi.Hesab edirəm ki,  Rusiya bu məsələdə Ermənistana ciddi  təsir göstərməlidir. Çünki həmin ərazilərdə minaların olması həm də  Rusiya sülhməramlılarının  həyatını təhlükəyə  atır.Rusiyanın məramı və  məqsədi həmin ərazilərdə  sülhün və təhlükəsizliyin təmin edilməsidirsə, deyim ki,  minaların mövcud olduğu ərazilərdə  sülhün və təhlükəsizliyin təminatından söhbət gedə bilməz”

AYTƏN SAKİTQIZI