Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
“7Times.az” xəbər verir ki,rayonun Niyazoba kənd sakini və həmin kənd məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Bağırov Elçin Elman oğlu göldə boğularaq dünyasını dəyişib.Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.Elçin atası ilə birlikdə iri buynuzlu naxır sürüsünü sahədən gətirən zaman itkin düşüb.Axtarışlar nəticəsində onun cəsədi səhər saatlarında ərazidə yerləşən göldə tapılıb.
Cəlal Fərzəliyev
Follow @7timesaz